Osmanlı imperiyası medalı From Wikipedia, the free encyclopedia
"İmtiyaz" medalı və ya "İmtiyaz" nişanı (Osmanlı türkcəsi: امتياز نشانی) — Sultan II Əbdülhəmid dövründən 1882-ci ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medal.[1]
"İmtiyaz" medalı | |
---|---|
امتياز نشانی | |
|
|
Ölkə | Osmanlı imperiyası |
Tip | Medal |
Kimə verilir | |
1882-ci ildən etibarən Osmanlı hərbi və mülki şəxslərinə, I Dünya müharibəsi zamanı isə yalnız alman hərbçilərinə verilmişdir. |
|
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 1882 |
Ardıcıllıq | |
Yüksək mükafat | Yoxdur |
Aşağı mükafat | "Ləyaqət" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
Qızıl və gümüş olmaqla iki növdən ibarət olmuşdur. Qızıl medal müharibələrdə ən yüksək cəsarət göstərən Osmanlı hərbçilərinə verilirdi. I Dünya müharibəsi zamanı verilən medallarda çarpaz qılınc və üzərində verildiyi ilin yazıldığı sancaq olurdu. Məcidiyyə nişanında olan Sədaqət, Hamiyyət, Qayrət və Şücaət kəlimələri bu medalda da var idi. Medal xarici hərbçilərə verilməmişdir. Lakin bunun tək istisnası I Dünya müharibəsi zamanı alman hərbçilərə verilməsidir. Medal birbaşa Sultan və ya onun adından hər hansısa yüksək vəzifəli dövlət rəsmisi tərəfindən verilirdi. Sahibinin ölümündən sonra medal sahibinin varislərinə keçə bilməzdi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.